Günün havasından xəbəriniz olsun

Günün havasından xəbəriniz olsun

15 İyul 2011 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru havanın tutqun olacağı, yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur.

Bakıda gecə 23-25, gündüz 32-34° isti olacaq.

Atmosfer təzyiqi 758 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-70 faiz, gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperatur gecə 18-23°, gündüz 31-36° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək, gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Temperatur gecə 12-17°, gündüz 22-27° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Temperatur gecə 19-24°, gündüz 29-34° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Temperatur gecə 17-22°, gündüz 26-31° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 20-25°, gündüz 32-37 ° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperatur gecə 20-25°, gündüz 29-34° isti, dağlarda gecə 14-19° isti, gündüz 24-29° isti olacaq.

Tibbi meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, bəzi saatlarda durğun hava səraiti ilə yanaşı nisbi rütubətin normadan bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq: iyulun 15-də axşamdan 18-i gündüzədək respublikanın rayonlarında hava şəraitinin qeyri sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir.

Havanın necə olmasından asılı olmayaraq, sizə aydın hava arzulayırıq.

Günel Həbib

O.M.