Binəqədidə piyada vuruldu

Binəqədidə piyada vuruldu

19 Avqust 2015 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 18-də Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi saytı xəbər verir ki, saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Xırdalan şəhər sakini Eldar Kərimov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

Mediainfo.az