Portuqaliyada etiraz aksiyası keçirilib

Portuqaliyada etiraz aksiyası keçirilib

15 İyul 2011 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən həftə elan olunmuş sərt iqtisadi tədbirlər planına etiraz olaraq paytaxt Lissabonda nümayiş keçirilib. Yürüşə çıxan vətəndaşlar hökumətdən Beynəlxalq Valyuta Fondunun, Avropa Mərkəzi Bankının və digər xarici təşkilatların köməyi olmadan iqtisadi böhranın həllini tapmağı tələb ediblər.

Qeyd edək ki, Portuqaliya bu ilin əvvəlində Avropalı müttəfiqlərindən və Beynəlxalq Valyuta Fondundan 78 milyard avro yardım alıb. Hökumət eyni zamanda vergilərin artırılması, əmək haqlarının dondurulması və güzəştlərin azaldılmasından ibarət sərt tədbirlər planı təqdim edib. Portuqaliyanın maliyyə naziri Vitor Qaspar isə bildirib ki, ölkənin üzləşdiyi iqtisadi qeyri-müəyyənlik, maliyyə riskləri olduqca böyükdür. O, vəziyyətdən çıxış yolunun tapılmasının hökumət üçün prioritet məsələ olduğunu deyib.

Sərt iqtisadi tədbirlərə qarşı sərt reaksiya.

Tofiq Əliyev

O.M.