Xeyirxah "Betmen" yol qəzasnda öldü
ABŞ-da "Betmen" kostyumu ilə leykoz xəstəsi uşaqlara baş çəkərək onlara hədiyyələr paylayan xalq qəhrəmanı Leonard Robinson yol qəzasında həlak olub. Axar.az xəbər verir ki, qəza Merilənd ştatındakı şosedə Leonard Robinsonun avtomobilində nasazlıq yarandığı vaxt baş verib. Sürətlə arxadan gələn avtomobilin vurması ilə Robinson təmir üçün qarşısında dayandığı avtomobilinin altında qalaraq ölüb. 14 ildir xeyriyyə işləri ilə məşğul olan Robinson "Betmen" paltarı geyinərək xəstəxanaları ziyarət edib leykozlu uşaqları sevindirirdi. Robinson uşaqlara paylamaq üçün hər il 25 min dollar dəyərində oyuncaq satın alırmış.
Mediainfo.az
Digər xəbərlər






























































































