Qəza törədən şəxsə hökm oxundu

Qəza törədən şəxsə hökm oxundu

18 Avqust 2015 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən 1981-ci il təvəllüdlü Zaur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Zaur İbrahimova 7 il azadlıqdan mərhum etmə cəzası verilib

Qeyd edək ki, Zaur İbrahimov 2014-ci ilin oktyabr ayının 1-də sürücülük hüququ olmadan idarə etdiyi "Renault Tondar" avtomobillə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində sürət həddin aşıb. O, həmin vaxtı yolu keçən 1962-ci il təvəllüdlü piyada Ellada Əliyevanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Piyadanı öldürən sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşların əməliyyat- axtarış tədbriləri nəticəsində Zaur İbrahimov tutularaq istintaqa cəlb olunub.

Mediainfo.az