Dağıstanda atışma olub

Dağıstanda atışma olub

15 İyul 2011 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Mahaçqalada hüquq mühafizə orqanı əməkdaşları ilə baş vermiş atışmada 3 döyüşçü zərərsizləşdirilib. Polis əməkdaşları döyüşçülərin olduğu avtomobili yoxlamaq üçün saxlamağa çalışarkən onlara atəş açılıb. Hüquq mühafizə orqanı əməkdaşları Dağıstan OMON-nun komandir müavininin qətli faktı üzrə araşdırmalar çərçivəsində avtomobillərdə yoxlama keçirməyə çalışıblar. Öldürülən döyüşçülərin həmin qətldə şübhəli bilinən şəxslər olub-olmadığı araşdırılır. Hadisə yerində silah-sursat tapılıb. Hüquq mühafizə orqanı əməkdaşları arasında itki olmayıb.

Zülmün topu var, gülləsi var, qəlpəsi varsa...

Tofiq Əliyev

O.M.