Türkiyədə terrorçuların pusquya saldığı 13 əsgər şəhid oldu
"Cihan" agentliyinin yaydığı məlumata görə, Türkiyədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş atışmada 13 hərbçi ölüb. Hadisə Diyarbəkir vilayətinin Silvan rayonu yaxınlığında baş verib. Məlumata görə, Silvan, Kulp və Hazro rayonları arasında olan Bayrambaşı kəndində reyd keçirən hərbçilər PKK terrorçuları tərəfindən pusquya düşürülüb. Tərəflər arasında atışma baş versə də mövqe baxımından zəif olan hərbçilərdən 13 nəfəri şəhid olub. Daha 7 əsgər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı hərbçilərdən 2-nin vəziyyəti ağırdır. Terrorçuların ələ keçirilməsi üçün bölgədə hərbi əməliyyatlar davam edir.
Terrorçular öldürülsə də terror ölmür.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər