Qadın sürücü ağır qəza törətdi
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gecə saat 01 radələrində paytaxtın Nizami rayonunda Bakı şəhər sakini Lətafət Əliyeva idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında quraşdırılmış dayanacağa vurub. Nəticədə sürücünün qızı Dəniz və dayanacaqda olan paytaxt sakini Ruslan Dəmirov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq R.Dəmirov ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər






























































































