“Google” şirkəti gəlirini açıqladı

“Google” şirkəti gəlirini açıqladı

15 İyul 2011 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

"Google" internet korporasiyası 2011-ci ilin birinci yarısında 4,304 milyard dollar gəlir əldə edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz (3,795 milyard dollar) çoxdur. Şirkətin açıqladığı maliyyə hesabatında belə deyilir. "Google"nin hesabat dövründəki mədaxili 17,602 milyard dollar olub və bu da bir il əvvəllə müqayisədə 29,4 faiz (13,595 milyard dollar) çoxdur. 2011-ci ilin ikinci rübünün nəticələrinə görə, "Google" 2,505 milyard dollar qazanıb. Bir il əvvəl bu rəqəm 1,84 milyard dollar təşkil etmişdi. Bu ilin aprel-mayında internet korporasiyasının mədaxili 9,026 milyard dollar, 2010-cu ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz çox olub. "Google" eyniadla axtarış sisteminə malik Amerika internet şirkətidir. Şirkətin mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatında yerləşir.

"Google" həqiqətən "qaz vurub qazan doldurur".

Tofiq Əliyev

O.M.