Liviya üsyançıları Tripolinin cənubunda hücuma keçiblər

Liviya üsyançıları Tripolinin cənubunda hücuma keçiblər

15 İyul 2011 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya üsyançıları bildiriblər ki, başladıqları hücum nəticəsində paytaxt Tripoliyə 80 kilometrə qədər yaxınlaşa biliblər və Es-Sabah şəhərinin yaxınlığında öz mövqeyini gücləndiriblər. Onlar Tripolidən 100 km aralıda yerləşən El Qavaliş şəhərini öz nəzarətinə götürməyə müvəffəq olublar. Bu arada üsyançılar ölkənin şərqində Müəmmar Qəddafi qoşunlarının əlində olan neftlə zəngin Marsa el-Breqa şəhəri istiqamətinə tərəf irəliləyirlər. Bir qədər əvvəl rəsmi Tripolinin yaydığı xəbərdə deyilir ki, Qərb koalisiyasının bombardmanları başlanandan bəri 1100 nəfər dinc əhali həlak olub, 4,5 min nəfər yaralanıb.

Kəssə hər kim tökülən qan izini...

Tofiq Əliyev

O.M.