Bakıda uğursuz qızaçırma əməliyyatı
Bakının Yasamal rayonunda 22 yaşlı qızı evlənmək məqsədilə qaçırıblar. Hadisə avqustun 16-da baş verib.
Məlumata görə, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü A. K. həmin gün saat 15.00-da zorla naməlum avtomobilə mindirilib və aparılıb. Oğurlanan qızın anası A. K. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə ərizə ilə müraciət edərək Sənan adlı şəxs qızını evlənmək məqsədilə zorla qaçırıb. Ana qızının tapılması üçün polisdən köməklik istəyib.
Polis A. K. Sənan adlı şəxsin saxladığı yerdən taparaq ailəsinə təhvil verib. Sənan adlı şəxs polis bölməsinə gətirilib və izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər






















































.jpg)






































