Cəlilabadda dəhşətli qəza

Cəlilabadda dəhşətli qəza

17 Avqust 2015 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün gecə saatlarında Cəlilabad rayonunda ağır qəza baş verib.

DİN saytı xəbər verir ki, hadisə avqustun 17-də saat 01 radələrində rayonun Gülməmmədli kəndində qeydə alınıb. Rayon sakini Ramiz Şükürovun və Vüqar Həziyevin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə hər 2 sürücü və V.Həziyevin 4 sərnişini, habelə R.Şükürovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Onlardan Rasim İbişov və Rəvan Həziyev orada ölüb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Mediainfo.az