Kiprdə oxuyub işləyən azərbaycanlı tələbə qəzada öldü

Kiprdə oxuyub işləyən azərbaycanlı tələbə qəzada öldü

17 Avqust 2015 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Kiprdə azərbaycanlı gənc yol qəzasının qurbanı olub. Belə ki, paytaxt Lefkoşadan Qazimağusaya gedən yolda Azərbaycan vətəndaşı olan 20 yaşlı H.Əliyev idarə etdiyi motosikletlə qəzaya düşüb. Onun idarə etdiyi və "Yemək səbəti" adlı şirkətə məxsus olan motosiklet Fələstin vətəndaşı olan Cəfər Abdaldayemin idarə etdiyi avtomobilə çırpılıb. Nəticədə H.Əliyev ağır vəziyyətdə aparıldığı xəstəxanada keçinib.

Bildirilir ki, H.Əliyev 2011-ci ildə "Doğu Akdeniz" universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olubmuş və Kiprdə oxumaqla yanaşı kuryerlik edirmiş.

Mediainfo.az