İngiltərənin kraliçası şahzadə Diananın ölümündə günahlandırılıb

İngiltərənin kraliçası şahzadə Diananın ölümündə günahlandırılıb

17 Avqust 2015 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Yazıçı Sevardın kitabında yer alan ifadələr ingilisləri şoka salıb.

İngiltərə kraliçası II Yelizaveta gəlini Diananın qəzaya düşdüyünü öyrənəndən sonra "əyləci kimsə yaxşı yağlayıb" deyib.

ANS PRESS-in İngiltərənin "Teleqraph" qəzetinə istinadən veridiyi məlumata görə, bu sözləri yazıçı Ingrid Sevar "The Queen's Speech" (Kraliçanın Danışığı) adlı yeni kitabında yazıb.

Bu açıqlama II Yelizavetanın "qatil" olması haqda fikirlərin yaranmasına səbəb olub.

Şahzadə Çarlzın keçmiş həyat yoldaşı Şahzadə Diana 1997-ci ildə sevgilisi Səudiyyə Ərəbistanlı Fayedlə birlikdə Parisdə avtomobil qəzasına düşərək həyatını itirib.

Yazıçı Sevard "Daily Mail" qəzetinə verdiyi açıqlamada bildirib ki, ilk gələn məlumatda qəzadan sonra Diananın öldüyü deyilib. Bu zaman II Yelizavetanın yanında olan bir nəfərinin kraliçanın gəlini haqqında "əyləci kimsə yaxşı yağlayıb" ifadəsini işlətdiyini eşidib. Müəllif kitabında bu rezenans doğuran ifadələrin Kraliça ilə Diana arasındakı görünməmiş kinin bariz nümunəsi olduğunu yazıb.

Diananın ölümünün adi qəza deyil, İngiltərənin kəşfiyyat orqanı olan "MI6" tərəfindən təşkil edildiyi ayrı-ayrı vaxtlarda sənədli filmlər vasitəsi ilə sübut olunub. Bu kitabın satışa çıxması ilə birlikdə Kraliça haqqında mənfi fikirlər yaranmağa başlayıb. Bəziləri hətta onu qatil adlandırıb.

Mediainfo.az