Goranboyda cavan oğlanı maşın vurub
Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində 1987-ci il təvəllüdlü Fəxri Eyvazov idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Zərdab rayon sakini, Toğrul Qasımovu vurub. Yaralı əvvəlcə Goranboy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncəyə aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər


























.jpg)



































































