Kəraçi şəhərində atışmada 7 nəfər öldürülüb

Kəraçi şəhərində atışmada 7 nəfər öldürülüb

14 İyul 2011 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Pakistanın ən böyük şəhəri olan Kəraçidə qanlı hadisə törədilib. Naməlum silahlı şəxslər küçələrə çıxaraq, qarşılarına çıxan hər kəsə atəş açmağa başlayıblar. Nəticədə 7 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Son iki sutka ərzində siyasi və kriminal qruplaşmalar arasında qanlı toqquşmalar da intensivləşib. Ötən gecə onlarla avtomobil və yüzlərlə təkər yandırılıb. Kəraçinin bəzi rayonlarında uzun müddətdir komendant saatı qüvvədədir. Qanlı hadisələr Pakistan prezidenti Asif Əli Zərdarinin yaxın adamlarından biri televiziyada "Müttahid" hərəkatını tənqid atəşinə tutduqdan sonra baş verib. Qeyd edək ki, "Müttahid Qövmi Hərəkatı" Kəraçinin ən nüfuzlu siyasi partiyası hesab edilir. Bu gün Kəraçidə "Müttahid" hərəkatının tərəfdarlarının şəhərdə asayişin bərpa edilməsi tələbi ilə nümayişi planlaşdırılıb.

Kəssə hər kim tökülən qan izini...

Tofiq Əliyev

O.M.