Lerikdə avtomobil aşdı: 1 ölü
Lerik rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 12-də saat 19 radələrində Lerik rayonunun Livadirgə kəndində kənd sakini Nurəli Mirzəyev idarə etdiyi "VAZ-2121" markalı avtomobili aşırıb. Nəticədə xəsarət almış sərnişini, həmkəndlisi Mehman Məmmədov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və M. Məmmədov avqustun 13-də orada ölüb.
Faktla əlaqədar Lerik RPŞ tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər


















































.jpg)










































