Salondan oğurluq edən qadına ağır cəza
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən 1982-ci il təvəllüdlü Aynurə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Aynurə Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il Aynurə Əliyeva Keşlə qəsəbəsində yerləşən gözəllik salonunda işləyən İradə İsmayılovaya məxsus çantadan qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb.
Mediainfo.az
Digər xəbərlər






























































































