Narkotacirə hökm oxundu – 7 il 6 ay

Narkotacirə hökm oxundu – 7 il 6 ay

14 Avqust 2015 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Məmmədiyyə Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Məmədiyyə Xəlilov 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Yasamal Rayonu Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlar Şəki şəhər sakini, Məmmədiyyə Xəlilov Nəriman Nərimanov prospekti, 36 ünvanında tutulub. Onun əlindəki torbaya baxış keçirilən zaman çəkisi 2 kq-a yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb. M. Xəlilov ifadəsi zamanı Bakıya işləmək üçün gəldiyini, narkotik maddələri öz istifadəsi üçün gətirdiyini bildirib.

Mediainfo.az