Binəqədidəki tikinti yarımçıq saxlanıldı - FOTO
Bir neçə gün öncə Binəqədi sakinlərinin şikayəti əsasında yazı dərc etmişdik. Yazıda deyilirdi ki, 8-ci mikrorayon, Azadlıq prospekti 32 ünvanında yerləşən yaşayış binasının sakinləri məhəllələrindəki bağçanın hasarlanmasından şikayətçidirlər.
Belə ki, sakinlər binalarının həyətindəki park ərazisinin hasarlanmasına etiraz edirdilər. Və bütün günahkarın icra başçısında olduğunu bildirirdilər. Məsələ ilə bağlı Binəqədi Rayon icra hakimiyyətinə sorğu göndərmişik.
Sorğumuza cavab olaraq icra hakimiyyətindən bildirdilər ki, sakinlərin etirazı nəzərə alınaraq, ərazidə tikinti işləri dayandırılıb: "Müraciətinizlə əlaqədar aparılan araşdırmalar nəticəsində qeyd olunan ünvanda tikinti işlərinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15.12.2014-cü il tarixli 18/03-8/3463 saylı məktubu ilə razılaşdırılmış layihəyə əsasən aparıldığı müəyyən edilib.
Əlavə olaraq məlumat üçün bildiririk ki, vətəndaşlar tərəfindən qeyd olunan ərazidə tikinti işlərinin aparılması məqsədi ilə qanunauyğun qaydada müvafiq sənədlərin təqdim olunmasına baxmayaraq, sakinlərin narazılığı nəzərə alınaraq tərəfimizdən tikinti işləri dayandırılıb. Hazırda qeyd olunan ərazidə heç bir tikinti işləri aparılmır". (musavat)
Mediainfo.az

















































.jpg)











































