Ticarət mərkəzinin qarşısında yol qəzası

Ticarət mərkəzinin qarşısında yol qəzası

14 İyul 2011 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 13:35 radələrində Bakı-Quba-Rusiya sərhəd yolunun 13-cü kilometrliyində, "Ər-Riyad" ticarət mərkəzinin qarşısında piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb. "VAZ-2107" markalı maşın yolu keçmək istəyən piyadanı vurub. Zərbənin təsirindən piyada elə hadisə yerində canını tapşırıb. "VAZ-2107"nin sürücüsü isə saxlanılaraq ifadəsi alınıb. Ölən şəxsin kimliyi hələlik müəyyənləşməyib. Hadisənin baş vermə səbəbi aparılan tibbi və avtotexniki ekspertizadan sonra məlum olacaq. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılıb.

Yüksək sürət hərdən ölümü də sürətləndirir.

Tofiq Əliyev

O.M.