Mərkəzi Univermaqdan oğurluq edilib

Mərkəzi Univermaqdan oğurluq edilib

13 Avqust 2015 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Səbail rayonunda yerləşən Mərkəzi Univermaqdan oğurluq edilib.

"Report"a istinadən xəbər verir ki, həmin univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.

İlkin araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin əməkdaşları araşdırmaları davam etdirir.

Mediainfo.az