Şəkilini atı sürüyüb

Şəkilini atı sürüyüb

13 Avqust 2015 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə saat 02 radələrində Şəkinin Küdürlü kənd sakini, 1986-cı il təvəllüdlü Elşad Şahin oğlu Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, 29 yaşlı Elşad Bəşirov gecə saatlarında ailəsinə məxsus atı evlərinə apararkən qəfildən at hürküb və sahibini özü ilə sürüyüb. Nəticədə Elşad Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Elşad Bəşirova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Mediainfo.az