Çinin Tyantsin şəhərində güclü partlayış nəticəsində 42 nəfər ölüb - FOTO

Çinin Tyantsin şəhərində güclü partlayış nəticəsində 42 nəfər ölüb - FOTO

13 Avqust 2015 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Tyantsin şəhərində yanacaq anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.

apa-nın "Sina" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb edilmiş 20 yanğınsöndürənin taleyi məlum deyil. İtkin düşmüş yanğınsöndürənlərlə əlaqə təkrar partlayışdan sonra kəsilib.

Xatırladaq ki, yanacaq anbarında baş verən partlayış nəticəsində yaxınlıqdakı bina uçub, onlarla tikiliyə ziyan dəyib. Eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

Partlayışın gücü elə həddə olub ki, yerli seysmoloji mərkəz tərəfindən qeydə alınıb. Məlumatlara görə, partlayış qonşu Xebey əyalətinin bir sıra bölgəsində hiss edilib.

Hazırda yanğınsöndürənlər partlayışdan sonra əmələ gəlmiş yanğını lokallaşdırmağa çalışır.

Mediainfo.az