Küçədən kişi meyiti tapılıb
Bakıda küçədən meyit tapılıb. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Aşıq Ələsgər küçəsi 14 ünvanında qeydə alınıb. Həmin ünvanda küçədə naməlum kişi meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1976-cı il təvəllüdlü Elşən Gülmirzə oğlu Rzayev olması müəyyən edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. E. Rzayevin ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər







































.png)













.jpg)








































