Polis zabiti qəza törətdi: 3 maşın əzildi

Polis zabiti qəza törətdi: 3 maşın əzildi

12 Avqust 2015 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Polis əməkdaşı xəstəxanaya yerləşdirilib

Bakıda polis zabiti ağır qəza törədib. Yasamal rayonu Hüseyn Cavid prospekti 77 ünvanının qarşısında 1990-cı il təvəllüdlü Əlizadə Əşrəf Vidadi oğlunun idarə etdiyi "Toyota Prado" əvvəlcə Vaqif Əliyevin sürdüyü "Mercedes"ə, daha sonra isə Eldəniz Musayevin idarə etdiyi digər avtomobilə çırpılıb. Nəticədə hər 3 avtomobil əzilib. Sürücülərdən 25 yaşlı Ə.Əlizadə xəsarətlə Kliniki Tibbi Mərkəzə gətirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, qəzada yaralanan 25 yaşlı Ə.Əlizadə Yasamal RPİ, 29-cu Polis Bölməsinin sahə müvəkkili, polis zabitidir.

Mediainfo.az