Gəncədə iki avtomobil toqquşub: 1 yaralı

Gəncədə iki avtomobil toqquşub: 1 yaralı

12 Avqust 2015 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə şəhərin Məhsəti qəsəbəsinə gedən yolda qeydə alınıb. "VAZ 2107" ilə "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində "VAZ 2106"-nın sürücüsü, Şəmkir rayon Könüllü kənd sakini, 1955-ci il təvəllüdlü Sərdar İsmayılov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Mediainfo.az