Məhbəsə kartofun içində narkotik keçirməyə cəhd - FOTO
Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb. Məlumata görə Bakı İstintaq Təcridxanasında saxlanılan Emin Əsəd oğlu Əliyevin ziyarətinə gələn Bakı şəhər sakini Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı Orucəli Məmmədovun gətirdiyi sovqatda kartofun içərisinə gizlədilmiş 1,27 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.
Emin Əliyev Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər


















































.jpg)










































