Avtomobilini aşıran sürücü ölüb
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb. Hacıqabul rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən saat 21:00 radələrində Hacıqabul-Şirvan magistralının birinci kilometrliyində qeydə alınıb.
Şirvan sakini, 1985-ci il təvəllüdlü Abbasov Ağababa Rasim oğlunun idarə etdiyi "Mercedec" markalı 42-BP-923 dövlət nömrə nişanlı avtomobil yoldan çıxararaq aşırıb. Müxtəlif bədən xəsarətləri alan sürücü Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər


















.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)

































































