Ağır yol qəzasında iki nəfər öldü

Ağır yol qəzasında iki nəfər öldü

14 İyul 2011 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bu səhər saat 07:50 radələrində Xaçmaz rayonunun Caqacıq çayının üzərindəki körpünün yaxınlığında, Qəndob-Yalama yolunun 17-ci kilometrliyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı maşınla əks istiqamətdə olan "VAZ-2106" toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, rayonun Təzəkənd kənd sakini 65 yaşlı Məmməd Qara oğlu Səlimov onun həyat yoldaşı Bəstəgül Səlimova, "VAZ-2107"nin sürücüsü Xaçmaz rayon sakini, Xaçmaz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunun oğlu 22 yaşlı Kamal Bəxtiyar oğlu Haqverdizadə və onun sərnişini Turanə Arif qızı Fərzəliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Nəticədə Məmməd Səlimov və Turanə Fərzəliyeva ölüb. Yaralı Kamal Haqverdizadə Bakıya, digəri isə Xaçmaz rayon Xəstəxanasının Travmotologiya şöbəsinə yerləşdirilib. Baş müstəntiqin sözlərinə görə, qəzaya ilkin səbəb kimi "VAZ-2107"nin "VAZ-2106"nın yoluna çıxması ehtimal olunur. Faktla bağlı cinayət işi başlanılıb, hadisənin dəqiq səbəbi araşdırmaların yekununda tam dəqiqləşəcək.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yollar başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.