Meşədə kişi meyiti tapılıb

Meşədə kişi meyiti tapılıb

14 İyul 2011 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün axşam saat 19.15 radələrində Zaqatala rayonunun Qazangül qəsəbəsi yaxınlığındakı meşə zolağından üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. İlkin araşdırma zamanı məlum olub ki, bu, 1939-cu ildə Qax rayonu Güllük kəndində anadan olan, hazırda Zaqatala şəhərində yaşayan Cumayev Məmməd Məhəmməd oğludur. Faktla bağlı cinayət işi başlayıb, ölümün səbəbləri araşdırılır.

Tanrının verdiyi canı yalnız tanrı ala bilər.

Tofiq Əliyev

O.M.