Gecə klubunda model Aynur Şeydayeva döyülüb

Gecə klubunda model Aynur Şeydayeva döyülüb

9 Avqust 2015 19:41
Bəyəndim (0) Bəyənmədim (0)

8-ci Polis Bölməsinə müraciət edən 1989-cu il təvəllüdlü Şeydayeva Aynur Səhrab qızı Bibiheybət qəsəbəsində yerləşən "Energy" klubda tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.

26 yaşlı qadın qeyd edib ki, avqustun 2-də gecə saat 03:30 radələrində klubda tanımadığı şəxs mübahisə zəmnində onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib. Müraciət əsasında araşdırma aparılır.

Qeyd edək ki, Aynur Şeydayeva "Miss Eurovision of Azerbaijan" gözəllik müsabiqəsinin iştirakçısı olub.

Mediainfo.az