Nemtsov müxtəlif tapançalardan qətlə yetirilib
Rusiyalı müxalifətçi Boris Nemtsov iki müxtəlif tapançadan açılan atəşlə qətlə yetirilib.
Bu barədə "Kommersant" cinayət işi ilə bağlı keçirilən kompleks ekspertizaya istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Nemtsov üç güllə yarasını səsboğucu olan tapançadan, digər yaraları isə səssiz atəş üçün qurğu ilə təchiz olunmayan silahdan açılan atəş nəticəsində alıb. Ekspertlər həmçinin iddia ediblər ki, Nemtsovun aldığı yaraların fərqli olması müxtəlif patronlarla əlaqədar ola bilər.
Mediainfo.az
Digər xəbərlər








































.png)













.jpg)







































