Təyyarə qəzasında 16 nəfər öldü

Təyyarə qəzasında 16 nəfər öldü

14 İyul 2011 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyanın şimal-şərqində təyyarə qəzaya uğrayıb. Rekife şəhərindən Natal şəhərinə uçan və "Noar Airlines" şirkətinə məxsus olan təyyarənin ekipajı havaya qalxandan bir az sonra problemlər barədə xəbərdarlıq verib. Şahidlərin sözlərinə görə, təyyarə yerə düşəndən sonra sərnişinlərin biri pəncərədən işarələr edərək kömək istəyirmiş, lakin yardım gələnə kimi təyyarə partlayıb. Qəza nəticəsində göyərtədə olan bütün 16 nəfər ölüb. Ölkənin mülki aviasiya idarəsi qəzanın baş verməsinin səbəblərini açıqlamayaraq araşdırma aparıldığını bildirib. Qəza baş verən gün hava buludlu olmasına baxmayaraq qəza zamanı yağış yağmayıb.

Hərdən kiçik problem böyük fəsadlar yaradır.

Tofiq Əliyev

O.M.