Dənizdə batan həkimin meyiti tapılıb
Azərbaycan paytaxtında iki gün əvvəl dənizdə batan həkimin meyiti tapılıb. Məlumata görə, avqustun 5-də Bakının Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisindəki çimərlikdə batan, 26 yaşlı Anar Ramiz oğlu Mehdiyevin meyiti avqustun 7-də saat 02.00 radələrində Pirşağı çimərliyində aşkar edilib. Meyit ailəsinə təhvil verilib.
Qeyd edək ki, A. Mehdiyevin dənizdə batması ilə bağlı avqustun 6-da məlumat yayılıb. A. Mehdiyevin həkim olduğu bildirilir.
Mediainfo.az
Digər xəbərlər






























































































