Çeçenistanda toqquşma

Çeçenistanda toqquşma

14 İyul 2011 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Çeçenistanın Veden rayonunun Xaraçoy kəndi yaxınlığında polis əməkdaşları ilə naməlum silahlı dəstə arasında silahlı toqquşma olub. Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha yeddi nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, silahlı dəstə Xaraçoy kəndinin bir neçə kilometrliyindəki meşə massivində aşkar edilib. Polis əməkdaşları və Daxili Qoşunların əsgərləri silahlıları təqib etməyə başlayıblar. Bundan sonra atışma olub. Silahlılar dağlıq və meşəlik ərazidə gizlənə biliblər. Onların olduğu güman edilən rayon mühasirəyə alınıb. Silahlı dəstənin tapılması və məhv edilməsi istiqamətində əməliyyat aparılır.

Asayişi qoruyan öz canını qoruya bilmədi.

Tofiq Əliyev

O.M.