Yazıçı Kənan Hacı xəstəxanaya yerləşdiriləcək

Yazıçı Kənan Hacı xəstəxanaya yerləşdiriləcək

7 Avqust 2015 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər səhhətində yaranan problemlərlə bağlı gündəmə gələn tanınmış yazar Kənan Hacı bu gün xəstəxanaya yerləşdiriləcək.

Bu barədə Kulisə yazarın özü məlumat verib. O bildirib ki, "Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyadan zəng etmişdilər, məni sabaha (cümə günü - red.) çağırıblar". K.Hacı əlavə edib ki, ilkin müayinə həyata keçiriləcək, nəticələr bəlli olandan sonra lazım gəlsə xəstəxanaya yerləşdiriləcək.

Xatırladaq ki, yazıçı Kənan Hacı uzun illərdir Hepatit C virusundan əziyyət çəkir. Vəziyyətinin getdikcə pisləşdiyini söyləyən yazar əlaqədar təşkilatların ona kömək edəcəyinə, ictimaiyyətin onun sağlamlığına laqeyd qalmayacağına ümid etdiyini bildirir.

Mediainfo.az