Daxili orqanında narkotik keçirmək istədi

Daxili orqanında narkotik keçirmək istədi

6 Avqust 2015 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Eldar Mahmudovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə xalis çəkisi 7,83 qram olan narkotik vasitə - tiryək, 3 ədəd bükümdə isə ümumi xalis çəkisi 23,19 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı təhqiqat aparılır.

Mediainfo.az