Braziliyada sərnişin gəmisi batıb

Braziliyada sərnişin gəmisi batıb

13 İyul 2011 18:01
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyada, Amazonka çayının deltasında gəminin qəzaya uğraması nəticəsində doqquz nəfər itkin düşüb. Faciə iyulun 12-də baş verib. Makapa şəhərindən (Amapa ştatının inzibati mərkəzi) hərəkət edən "Diamante neqro" yük-sərnişin gəmisi yarıbatmış vəziyyətdə olan şalbana çırpılaraq, burun hissəsindən zədələnmiş və sürətlə suya qərq olub. Qəza gediş-gəlişli su yolunda baş verdiyi üçün 30 sərnişin və heyət üzvləri yaxınlıqdan keçən yük gəmisi tərəfindən xilas edilib. Amapi ştatının yanğınsöndürmə xidmətləri və dalğıclar itkin düşmüş 9 nəfəri axtarırlar.

Braziliya hökumətinin gəmisi dəryaya qərq oldu.

Tofiq Əliyev

O.M.