Kəskin soyuq və qar Yeni Zelandiyada həyatı iflic edib

Kəskin soyuq və qar Yeni Zelandiyada həyatı iflic edib

13 İyul 2011 17:25
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü qar Yeni Zelandiyada ciddi problemlər yaradıb. Cənub Adası ərazisində qar yolların, məktəblərin və xizəksürmə kurortlarının bağlanmasına səbəb olub. Yerli sakinlər son 15 ildə ən kəskin soyuqların müşahidə edildiyini bildirirlər. Sürücülərə avtomobillərinin təkərlərinə zəncir taxmadan yola çıxmamaq tövsiyə olunub. Qreymaus şəhərində güclü külək dağıntılara səbəb olub. Şimal Adası adlı bölgədə də analoji hava şəraiti proqnozlaşdırılıb. Ouklend şəhərinin qərb sahillərində pis hava dəniz nəqliyyatının hərəkətini çətinləşdirib. Paytaxt Vellinqton yaxınlığında qasırğa bəzi evlərə ziyan vurub, ağacları kökündən qoparıb.

Təbiətin gətirdiyi problemləri təbii qəbul etmək lazımdır.

Tofiq Əliyev

O.M.