Qaradağda ağır yol qəzası

Qaradağda ağır yol qəzası

5 Avqust 2015 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Qaradağ rayonunda ağır yol qəzası baş verib. DİN mətbuat xidməti xəbər verir ki, avqustun 4-də saat 09 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Səxavət Xalidov idarə etdiyi "KamAZ-53212" markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi "Opel" markalı avtomobilə vurub. S.Xalidov idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanmış Alim Vəliyevin idarə etdiyi "Shacman" markalı avtomobilə və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib. Nəticədə M.Abbasov hadisə yerində ölüb, S.Xalidov isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Mediainfo.az