Azərbaycanlı oğlanın Türkiyə macəraları
14 yaşlı qızla cinsi əlaqədə olduğuna görə həbsə düşdü
Türkiyədə 14 yaşlı qızla internetdən tanış olub evlənmək üçün cinsi əlaqəyə girən azərbaycanlı həbs olunub. Türkiyə KİV-ləri xəbər verir ki, Naxçıvan şəhərində yaşayan 26 yaşlı mühasib Əhməd Q. Adanada yaşayan 14 yaşındakı 8-ci sinif şagirdi ilə 1 il əvvəl internetdə tanış olub.
İddiaya görə, qız Əhmədə cinsi əlaqəyə girsələr anasının evlənmələri üçün icazə vermək məcburiyyətində qalacağını deyib. Əhməd də bu təklifi qəbul edib. Hadisəni öyrənən ana qızından evə qayıtmasını istəyib və Əhmədi polisə şikayət edib.
Əhməd izahatında hər şeyi danışıb və qızın ona yaşının 18 dediyini vurğulayıb. Ailənin şikayəti əsasında 18 yaşından kiçik qızla cinsi əlaqədə olduğu üçün Əhməd Q. saxlanılaraq həbsxanaya göndərilib.
Mediainfo.az
Digər xəbərlər































































































