Avtobus sürücüsü tutuldu
Qadın qapıdan yıxılıb öldüyü üçün...
Xəbər verdiyimiz kimi avqustun 2-də paytaxtın Yasamal rayonu ərazisində Taleh Məmmədovun 39 saylı marşrut xətti üzrə idarə etdiyi "İsuzu" markalı avtobus hərəkətdə olarkən qabaq qapısı açıq olduğundan sərnişin Xəzəngül Sadıxova yıxılaraq ölüb. Məlumata görə, faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
T.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilməklə sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən aidiyyəti şəxslərin hüquqi məsuliyyət məsələsi araşdırılır.
Mediainfo.az







































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)












































