Əli Kərimov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Əli Kərimov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

4 Avqust 2015 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 4-ü saat 01 radələrində rayonun İtitala kənd sakini, 1979-cu il təvəllüdlü Əli Xəlilbəy oğlu Kərimov yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı 36 yaşlı Əli Kərimovun oddan yanması müəyyən olunub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Əli Kərimova bədənin 80%-ni əhatə edən 1, 2, 3 və 4-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Əli Kərimovun dəqiq hansı səbəbdən yanmasını aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.
Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az