Şəkilinin üzüm bağlarına od düşüb

Şəkilinin üzüm bağlarına od düşüb

4 Avqust 2015 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 3-ü günorta saatlarında Şəkinin Cəyirli kəndində kənd sakinlərinə məxsus üzüm bağlarında yanğın baş verib.

Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində sakinlərə məxsus 4 hektar ərazidə üzüm bağı və əraziyə bitişik 6 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb. Daha bir yanğın hadisəsi isə dağlıq ərazidə, rayonun Küdürlü kəndinin otlaq sahələrində baş verib. Yanğın nəticəsində 30 hektar sahədə quru ot və kol-kos yanıb. Hər iki yanğın hadisəsi zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az