Qubada avtomobil yanıb
Bu gün günorta saatlarında Quba-Nügədi avtomobil yolunda "UAZ" markalı avtomaşın yanıb. Apa-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonu Söhüb kənd sakini 31 yaşlı Bayramov Çingiz Məzlum oğlunun idarə etdiyi "UAZ" markalı avtomobil qəfil alışıb. Dərhal əraziyə FHN-in Quba Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı avtomobilin yanar konstruksiyaları yanıb. Alovun qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb.
FHN-nin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, "UAZ" markalı yük avtomobilinin yanar hissələri yanıb. Avtomobildə olan 4 ədəd 10 litrlik qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mediainfo.az
Digər xəbərlər






















































.jpg)






































