700-dək adam xlordan zəhərlənib

700-dək adam xlordan zəhərlənib

13 İyul 2011 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bağdadda su təmizləmə zavodunda baş vermiş partlayış ətrafa xlor sızmasına səbəb olub. Bağdadın cənubunda 700-dək adam xlordan zəhərlənib. Onların çoxu isə paytaxtın Sədr Siti rayonunun sakinləri olublar. Yerli xəstəxanadan verilən məlumata görə ölüm halı qeydə alınmasa da, zəhərlənmə diaqnozu ilə müalicə edilənlərin hamısı artıq evə buraxılıb. Təhlükəsizlik rəsmiləri zavodda partlayışın texniki problemlər səbəbindən baş verdiyini iddia edirlər.

Hərdən kiçik texniki problem böyük fəsadlara gətirib çıxarır.

Tofiq Əliyev

O.M.