Şimali İrlandiyada dini zəmində qarşıdurmalar davam edir

Şimali İrlandiyada dini zəmində qarşıdurmalar davam edir

13 İyul 2011 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

XVII əsrdə protestantların katoliklər üzərində hərbi qələbəsinin qeyd edilməsinə həsr olunmuş "Narıncı Order" protestant təşkilatının yürüşü zamanı katoliklər asayişi qoruyan polisə hücum ediblər. Polis gərginlik yaratmağa çalışan katolikləri uzaqlaşdırmaq üçün su şırnağından və rezin güllələrdən istifadə edib. Əksəriyyətini gənclər təşkil edən katolik qruplar üzlərini gizlətmək üçün maska taxıblar. Toqquşmalar əsasən Belfast şəhərinin şimalındakı Ardoyn bölgəsində baş verib. Şəhərin katoliklər yaşayan bir çox hissəsində avtomobillər qaçırılaraq yandırılıb. Təxminən 150 nəfərdən ibarət katoliklər qrupu xüsusi təyinatlı dəstələrə rəğmən protestantların dinc yürüşünə müdaxilə etməyə çalışıb. Qaranlıq düşdükdə katoliklər polisə daş və Molotov kokteyli atmağa başlayıblar. Qeyd edək ki, analoji toqquşmalar ötən gün də baş vermişdi, 22 polis əməkdaşı xəsarət almışdı.

Asayişi qoruyan polisə qarşı asayiş pozuldu.

Tofiq Əliyev

O.M.