
Yaxın Şərqdə döyüşlər aktivləşib
Franspress agentliyinin ən son məlumatları
Qısa xəbərlər:
Qüds, 10 aprel - O.M.
Bu gün İsrailin müdafiə naziri Ehud Barak yerli ictimai radioda bildirmişdir ki, bu ölkənin qoşunları Qəzza zolağında silahlı Fələstin qruplarına qarşı atəşi dayandırmışdır.
O.M.
Nuakşot, 10 aprel - O.M.
Afrika İttifaqı komitəsi (Aİ) bazar günü
Liviya rəsmilərini və müxalifəti yenidən atəşkəsə dəvət etdi və bu ölkədə
islahatları özündə ehtiva edəcək "keçid dövrünü" tətbiq etməyi təklif
etdi.
Tripoli, 10 aprel - O.M.
Liviya xarici işlər nazirinin müavini
Xaled Kaaim şənbə günü axşam
bildirmişdir ki, Breqdən şərq istiqamətində qadağan olunmuş hava
zolağına daxil olmuş 2 vertolyot vurulmuşdur.
Abican,
10 aprel - O.M.
Fil Dişi Sahilində məğlubiyyətini qəbul etmək istəməyən eks prezident Loran Qbaqbo şənbə günü tərəfdarlarını Fransa qoşunlarına qarşı müqavimətə çağırdı. Bu barədə eks hökumətin nümayəndəsi Aya Don Mello jurnalistlərə məlumat vermişdir.
O.M.