Çində anbarda yanğın nəticəsində 12 nəfər ölüb

Çində anbarda yanğın nəticəsində 12 nəfər ölüb

13 İyul 2011 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin mərkəzindəki Hubey əyalətinin hissəsi olan Vuhan rayonundakı anbarda yanğın baş verib. Yanğın nəticəsində azı 12 nəfər ölüb. "Sinxua" dövlət xəbərlər agentliyi bildirib ki, daha səkkiz nəfər xilas edilərək xəstəxanaya aparılıb. Onların vəziyyəti barədə məlumat yoxdur. Anbar Hubey əyalətinin tərkibində olan Vuhan rayonunda yerləşən sənaye ərazidə yerləşir və lateks istehsal edən şirkət tərəfindən icarəyə götürülüb. Baş yanğınsöndürən Liu Minqjunun sözlərinə görə, yanğına şirkətdə baş vermiş qısaqapanma səbəb olub. Lakin hadisənin dəqiq səbəbi hələ bəlli deyil. Polis ölən və xəsarət alanları axtarır.

Qısaqapanma böyük fəsadlar törətdi.

Tofiq Əliyev

O.M.